Elçin Axundovun 70 illik yubiley tədbiri

Elçin Axundovun 70 illik yubiley tədbiri

 

Bu gün “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan animasiyasının formalaşmasında və inkişafında xüsusi yeri olan, yaratdığı cizgi filmlərində öz dəsti-xətti ilə tanınan rejissor, ssenari müəllifi,rəssam Elçin Axundovun anadan olmasının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirilmişdir.
1968-ci ildən Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunu kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayan Elçin Axundov quruluşçu rəssam kimi çalışdığı “Cırtdan və Div”, “Uçan zürafə”, “Humayın yuxusu”, “Lovğa fil balası” kimi cizgi filmlərində özünü ssenarinin xarakterik ideyasını həmişə duyan, təkrardan , şablondan qaçan bir rəssam kimi göstərmişdir.

 

Elçin Axundovun 70 illik yubiley tədbiri

 

1993-cü ildən “Azanfilm” studiyasında direktor, sonralar həm də bədii rəhbər kimi çalışmaqla yanaşı rejissor, rəssam, ssenari müəllifi kimi də yeni animasiya filmlərinin yaranmasında iştirak etmişdir. “Ümid”, “Söhbətül- Əsmar”, “Cavanşir”, “Qızıl”, “Qarğa balası və özgə yuvası” kimi animasiya filmləri buna bariz nümunədir. 
Bu gün onun öz təcrübə və bacarığını ötürdüyü tələbələri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər.
Sənətkarın Azərbaycanın animasiya sahəsində göstərdiyi xidmətləri layiqincə qiymətləndirilmiş və 2000-ci ildə “ Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür. 
Hörmətli Elçin müəllim!
Sizi bir daha 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar diləyirik!