“Çölçü” filmi 6-cı VIRGIN SPRING CINEFEST 2018 fevral ayının ƏN YAXŞI BƏDİİ FİLM mükafatına layiq görüldü.

“Çölçü” filmi 6-cı VIRGIN SPRING CINEFEST 2018 fevral ayının ƏN YAXŞI BƏDİİ FİLM mükafatına layiq görüldü.

 

Şamil Əliyevin “Çölçü” filmi 6-cı VIRGIN SPRING CINEFEST 2018 fevral ayının ƏN YAXŞI BƏDİİ FİLM mükafatına layiq görülmüş, bununla da GOLDEN GALAXY AWARD mükafatına nominant statusunu qazanmışdır.
Qeyd edək ki, mükafatlandırma mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kəlküttə şəhərində keçiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

http://www.vscinefest.com/monthly-selection-february2018/