"Eviniz abad" bədii filminin təqdimatı

                    "Eviniz abad" bədii filminin təqdimatı

 

16 mart saat 19:00 -da Nizami Kino Mərkəzində Azərbaycan və Gürcüstan kinematoqrafçılarının da iştirakı ilə istehsal edilmiş “Eviniz abad” bədii filminin təqdimatı keçiriləcək.

Filmin quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorlar Ruslan Ağazadə və Elxan Rüstəmov, ssenari müəllifləri İmir Məmmədli və Mirsadıq Ağazadə, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkar Rauf Əliyev, icraçı prodüserlər Azər Quliyev və Ülvi Qasımovdur. 
Baş rollarda Sənan Əlləz, Nino İaşvili,rollarda Kamran Şahmərdan,Paata Quliaşvili, Zaza Asanişvili, Zaza Qobuadze, Giorgi Qoqişvili, Qorxmaz Əlicanzadə,Tariel Qasımov və başqaları çəkilib.
Prodüser Müşfiq Hətəmovdur.