“Dərs” filmi Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalında

“Dərs” filmi Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalında

 

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalının müsabiqə mərhələsinə dəvət alıb. Festival 2018-ci il may ayında Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.