“Dərs” filmi Beynəlxalq Film Festivalında mükafata layiq görüldü

“Dərs” filmi Beynəlxalq Film Festivalında mükafata layiq görüldü

 

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Cənubi Koreya Respublikasında keçirilən 6-cı Seul Guro Beynəlxalq Uşaq Filmləri Festivalında MƏDƏNİ MÜBADİLƏ MÜKAFATINA layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

 

https://www.facebook.com/2018gukiff/photos/pcb.1699244476834164/1699239266834685/?type=3&theate