“Qalxan və qılınc” sənədli filminin təqdimatı

“Qalxan və qılınc” sənədli filminin təqdimatı

 

Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən “Qalxan və qılınc” sənədli filminin təqdimatı keçirildi.
Filmdə sovet dövründə xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılmasında o zaman təhlükəsizlik orqanlarında xidmət edən Heydər Əliyevin rolu vurğulanır.
Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən istehsal edilən filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov, icraçı prodüseri Orxan Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

 

“Qalxan və qılınc” sənədli filminin təqdimatı
“Qalxan və qılınc” sənədli filminin təqdimatı
“Qalxan və qılınc” sənədli filminin təqdimatı