Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.

 

 

 

   Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Xəyyam Mirzəzadə vəfat etmişdir.   

   Balet və simfonik əsərlər, populyar mahnılar, caz və estrada pyesləri, həmçinin 40-dan artıq kinofilmə yazdığı musiqi, bəstəkarın Azərbaycan musiqi sənətinə verdiyi gözəl töhfələrdir. “Bizim küçə”, “Birisigün gecəyarısı”, “Bakıda küləklər əsir”, “Bağ mövsümü”, “Arxadan vurulan zərbə”, “Mənim ağ şəhərim”, “Xatirələr sahili”, “O dünyadan salam” və onlarla başqa filmlərin yaradılmasında və onların yüksək bədii səviyyədə tamaşaçılara çatdırılmasında Xəyyam Mirzəzadənin bəstələdiyi musiqinin xidməti az olmayıb.

   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi bu ağır itkidən kədərlənir və məhrumun ailəsinə, yaxınlarına, bütün musiqisevərlərə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Qəbri nurla dolsun!