Azərbaycan kino ictimaiyyətinin görkəmli nümayəndələri, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının idarə heyyəti və C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kollektivi Fəxri Xiyabanı ziyarət etmişlər.

Ölkəmizdə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu il həm də, kino işçiləri üçün ikiqat bayramdır. Belə ki, bu il Azərbaycan kinosunun yaradılmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Bu münasibətlə avqustun 1-də C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının kollektivi Fəxri xiyabana gələrək tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə milli kinomuzun inkişafında mühüm xidmətləri olan görkəmli sənət adamlarının məzarını ziyarət edib, abidələri önünə tər güllər düzüblər.