Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib

Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib

 

Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib

 

 

   Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 3616 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilən tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdirilmişdir.
Eyni zamanda mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak etdiyi mərasimdə bir qrup kino xadimi mükafatlandırılmışdır.