“ŞƏKİ, MƏN SƏNİ SEVİRƏM” qısametrajlı bədii, sənədli filmlər və fotoşəkil müsabiqəsi keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

 

“ŞƏKİ, MƏN SƏNİ SEVİRƏM”

qısametrajlı bədii, sənədli filmlər və fotoşəkil müsabiqəsi elan edir.

Müsabiqə Azərbaycanın Xalq Artisti, kinorejissor Rasim Ocaqovun 85 illik yubileyinə həsr olunur

 

Şərtlər:

  • Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti yoxdur
  • Müsabiqəyə istənilən janrda qısametrajlı bədii, sənədli filmlər və fotoşəkillər qəbul olunur
  • Müsabiqəyə filmlər müddəti 10 dəqiqədən çox olmamaq şərti ilə DVD diskdə təqdim olunmalıdır.
  • Müəllif müsabiqəyə filmlə birgə tərcümeyi-halını da təqdim etməlidir.
  • Müsabiqəyə təqdim olunan fotoşəkillər CD diskdə təqdim olunmalıdır.
  • Müsabiqəyə təqdim olunan filmlər və fotolar geri qaytarılmır.
  • Filmlər və fotolar 30 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.
  • Ən yaxşı qısametrajlı bədii film, ən yaxşı qısametrajlı sənədli film, ən yaxşı foto işi nominasiyalarında I və II yerlərin qaliblərinə pul mükafatları təqdim olunacaq.