“Keçmişdən səslər” retro kinotexnika sərgisi 9-10/10/18

 

“Keçmişdən səslər” retro kinotexnika sərgisi  9-10/10/18

 

Açılış 9 oktyabr 2018, saat 16.00, Dövlət Film Fondu
Sərgidə “Azərbaycanfilm” kinostudiyasının istehsalat sexlərində və Dövlət Film Fondunun muzey ekspozisiyasında qorunub saxlanan XX əsrin operator texnikası, səsyazma avadanlığı, işıqlandırma cihazlarının nümunələri göstəriləcək. 
Belə zəngin formatda retro kino sərgisi kino tariximizdə ilk dəfə keçiriləcək. 
Sərgilənən 100-dən artıq texnoloji nümunənin demək olar hamsı bərpa edilib və işlək vəziyyətdədir.
Sərgidə 60-70-ci illərin kino çəkilişi meydançasının atmosferi yaradılacaq, “Motor!” komandası eşidiləcək. Dünyadan getmiş böyük kino ustalarımızın səsləri iştirakçıları salamlayacaq. 
Rəqəmsal texnologiyalar dövründə kinonun nədən başlandığı, keçən əsrin birinci yarısında, eləcə də 60-70-80-ci illərdə kinomuzun şah əsərlərinin hansı avadanlıqlarla çəkildiyini görmək istəyənlər dəvətlidirlər.