“Balaca” qısametrajlı bədii filmi beynəlxalq film festivalında

“Balaca” qısametrajlı bədii filmi beynəlxalq film festivalında

 

"Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Balaca” qısametrajlı bədii filmi Türkiyədə keçiriləcək 8. Malatya Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə dəvət alıb.

Filmin ssenari müəllifi Ruslan Ağazadə, rejissorları Ruslan Ağazadə və Orxan Ağazadə, icraçı produseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, produseri Müşfiq Hətəmovdur.

Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıb.