“Çölçü” filminin yeni mükafatı

“Çölçü” filminin yeni mükafatı

 

Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən VIRGIN SPRING CINEFEST 2018 film festivalının GOLDEN GALAXY AWARD mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

 

http://www.vscinefest.com/golden-galaxy-awards-2018/