Daha bir qısametrajlı filmin çəkilişinə başlandı

Daha bir qısametrajlı filmin çəkilişinə başlandı

 

Daha bir qısametrajlı filmin çəkilişinə başlandı
Mədəniyyət Nazirliyinin bu il keçirdiyi qısametrajlı layihələr müsabiqəsinin qalibləri filmlərin istehsalını “Azərbaycanfilm” kinostudiyasının bazasında davam etdirirlər. Bu həftənin əvvəlində daha bir filmin çəkilişinə başlandı. 
“Bravo” prodüser mərkəzinin müsabiqəyə təqdim etdiyi “Naməlum dahi” adlı fantastika janrında düşünülmüş kino əhvalatında hadisələr bizim zamanda və 450 ildən sonra baş verir. 
Filmin rejissoru Kamran Adıgözəl, ssenari müəllifi Mubariz Nagiyev, operator Fahir İmanquliyevdir. Baş rolları Elşən Rüstəmov, Eyvaz İbrahimov və Sərdar Rustəm ifa edirlər.