“Üçüncü günün adamı” filmi beynəlxalq film festivalında

“Üçüncü günün adamı” filmi beynəlxalq film festivalında

 

“Üçüncü günün adamı” bədii filmi Bolqarıstanda keçiriləcək 11-ci Sofia MENAR beynəlxalq film festivalına dəvət alıb.
Filmin nümayişi 16 yanvar 2019-cu il tarixində Azərbaycana həsr olunmuş rəsmi gecədə baş tutacaq.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən Babək Şirinsifətin rejissorluğu ilə çəkilən “Üçüncü günün adamı” filminin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev və başqaları canlandırıblar.

http://en.menarfest.com/a_man_of_the_third_day_sofia_menar.html