“Oturacaqlar” filmi beynəlxalq film festivallarında

“Oturacaqlar” filmi  beynəlxalq film festivallarında

 

Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Çexiyada keçirilən 14. Praqa Beynəlxalq Qısa Film Festivalının müsabiqə mərhələsinə və Fransada keçirilən Angers Premiers Plans Film Festivalının "European Student films" müsabiqəsinə dəvət alıb.
Azərbaycan və İngiltərə birgə istehsalı olan filmin ssenarist və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operator Cameron Ward, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqi Məməd Ansa, prodüser Mina Salimi, koprodüserləri Azər Həsənov, Ruslan Ağazadədir.
Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, Iskəndər Abbasov və başqaları oynayır.