Tofiq Tağızadənin qəbirüstü abidəsi ziyarət edilib

Tofiq Tağızadənin qəbirüstü abidəsi ziyarət edilib

 

Tofiq Tağızadənin qəbirüstü abidəsi ziyarət edilib

 

 

Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının kollektivi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri anadan olmasının 100 illiyi münasibətilə mərhum rejissor Tofiq Tağızadənin II Fəxri xiyabanda yerləşən qəbirüstü abidəsini ziyarət ediblər.
Xalq artisti, görkəmli kino rejissorun anım mərasimində onun zəngin yaradıcılıq yolu, Azərbaycan kinosunun inkişafında göstərdiyi xidmətlərdən danışılıb.
Qeyd edək ki, yanvarın 24-də Prezident İlham Əliyev görkəmli rejissorun 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalamış və bununla əlaqədar tədbirlər planı hazırlanmışdır.