Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd növbəti dəfə təqdim edildi

Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd növbəti dəfə təqdim edildi

 

 

 C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi, şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edildi. ADMİU-nin elmi şurasının qərarı ilə təqaüdə rejissorluq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Binyamin Sailov layiq görülüb.
Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında 2015-ci ildə imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilmişdir. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.