“Balaca” filmi İtaliyada keçirilən film festivalına dəvət alıb

“Balaca” filmi İtaliyada keçirilən film festivalına dəvət alıb

 

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Balaca” qısametrajlı bədii filmi İtaliyada keçirilən Cortisonici Film Festivalının beynəlxalq müsabiqə mərhələsinə dəvət alıb.

Filmin ssenari müəllifi və rejissoru Ruslan Ağazadə, operator Orxan Ağazadə, rəssam Sultan Sultanov, icraçı prodüser Orxan Əliyev, bədii rəhbər Elçin Musaoğlu, prodüser Müşfiq Hətəmovdur.

Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıb.