Tofiq Tağızadənin yaradıcılıq otağının açılışı oldu

Tofiq Tağızadənin yaradıcılıq otağının açılışı oldu

 

Bu gün C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor, ssenari müəllifi və aktyor Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı oldu.
Kino xadimləri və mətbuat nümayəndələrinin də iştirak etdiyi tədbirdə sənətkarın zəngin həyat və yaradıcılıq yolu, milli kinomuzun inkişafında göstərdiyi xidmətlərdən söhbət açılıb.
Qeyd edək ki, bu il sənətkarın anadan olmasının 100 illiyi tamam olur. 24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sənətkarın 100 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb.

 

Tofiq Tağızadənin yaradıcılıq otağının açılışı oldu

 

Tofiq Tağızadənin yaradıcılıq otağının açılışı oldu