Dördüncü Buktreyler Festivalı

Dördüncü Buktreyler Festivalı

 

Kinoaktyor Ruslan Sabirlinin təsis etdiyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C. Cabbarlı adına AzərbaycanFilm Kinostudiyasının təşkilati dəstəyi və ölkənin lider mobil operatoru olan Azercell şirkətinin əsas tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının sloqanlı Buktreyler Festivalında iştirak etmək üçün 8 addımı nəzərinizə çatdırırıq:

 

1. ONLINE QEYDİYYATDAN KEÇİN

Festivalın www.booktrailer.az saytına daxil olub, ilk səhifədə Qeydiyyat keçidinə daxil olmaqla iştirakçı kimi qeydiyyatdan keçin.

 

2. SEVDİYİNİZ KİTABI SEÇİN

İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı media formada çəkəcəyinizi qərarlaşdırın: - oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi).

 

3. BUKTREYLERİN SSENARSİNİ YAZIN

Bunun üçün kİtabın ən maraqlı anlarını seçİn. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.

 

4. BUKTREYLERİ HAZIRLADIĞINIZ SSENARİ ƏSASINDA ÇƏKİN

Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan

smartfonlardan da istifadə etməklə “Ən yaxşı mobil bukteyler” nominasiyasında iştirak edə bilərsiniz.

 

5. ÇƏKDİYİNİZ MATERİALI MONTAJ EDİN

Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin. Xronometraj: max. 3 dəq.

 

6. MONTAJ ETDİYİNİZ MATERİALIN SƏS VƏ MUSİQİ TƏRTİBATINI İŞLƏYİN

Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqları pozulması  səbəbindən

buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.

 

7. BUKTREYLERİNİZİ FESTİVALA GÖNDƏRİN

Buktreylerinizi www.wetransfer.com saytı üzərİndən 1 aprel 2019-cu il tarixədək festival2019@booktrailer.az ünvanına göndərİn.

 

8. BUKTREYLERİNİZİ QEYDİYYATDAN KEÇİRİN VƏ QALİB OLMAQ ŞANSINI ƏLDƏ EDİN

Saytımızda qeyd olunmuş “Buktreylerin Qeydiyyatı” linkinə keçid etməklə oradakı məlumatları doldurun.

 

İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.

 

Festival qaliblərini 1-ci2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000800 (hərəsi) və 500 (hərəsi) AZN, Ən yaxşı mobil buktreyler nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

 

Buktreylerlərin son qəbul tarixi: 1 aprel, 2019

 

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

 

“Kitabı tanıdın, kitabla tanının sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

 

Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət NazirliyiBeynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

 

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

 

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: festival2019@booktrailer.az