Rafiz İsmayılovu 80 illik yubileyi münasibəti ilə təbrik edirik

Rafiz İsmayılovu 80 illik yubileyi münasibəti ilə təbrik edirik

 

 

 

“Azərbaycanfilm” kinostudiyasının kollektivi olaraq görkəmli kino rəssam Rafiz İsmayılovu 80 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı və işlərində uğurlar arzulayırıq.

Rafiz İsmayılov 30 mart 1939-cu ildə dünyaya göz açıb. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayan sənətkar onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi öz yaradıcılğını yüksək səviyyədə göstərmiş, xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın Xalq Rəssamı fəxri adına layiq görülmüşdür.