“Oturacaqlar” filmi Belçikada

“Oturacaqlar” filmi Belçikada

 

Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Belçikada keçirilən Brüssel Qısa Film Festivalının Beynəlxalq və Next Generation müasabiqə mərhələlərinə dəvət alıb.

Festival 25aprel-5 may tarixlərində Brüssel şəhərində baş tutacaq.
Azərbaycan və İngiltərə birgə istehsalı olan filmin ssenarist və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operator Cameron Ward, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqi Məməd Ansa, prodüser Mina Salimi, koprodüserləri Azər Həsənov, Ruslan Ağazadədir.
Filmdə rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, Iskəndər Abbasov və başqaları oynayır.