Tofiq İsmayılovun qəbirüstü abidəsi ziyarət edildi

Tofiq İsmayılovun qəbirüstü abidəsi ziyarət edildi

 

Anadan olmasının 80 illik yubileyi münasibətilə “Azərbaycanfilm” kinostudiyasının kollektivi Xalq artisti, görkəmli kinorejissor Tofiq İsmayılovun qəbirüstü abidəsini ziyarət edib.

Tofiq İsmayılov 6 aprel 1939-cu ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra M.A. Əliyev adına Teatr İnstitutunun Aktyorluq fakültəsində (1958-1962), daha sonra rejissorluq fakültəsində (1962-1968) təhsil almış, 1968-1970-ci illərdə Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında iştirak etmişdir.
Elə həmin dövrdən "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayan Tofiq İsmayılov bir müddət kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbərlik etmiş, eyni zamanda “Oxuyur Müslüm Maqomayev”, “İntizar”, “Mən mahnı qoşuram”, “Əzablı yollar”, “Ölsəm... bağışla”, “Otel otağı” kimi bir çox filmlərdə rejissor kimi öz məharətini göstərmişdir. Sənətkar bununla yanaşı bir neçə filmin sssenari müəllifidir.

 

 

Tofiq İsmayılovun qəbirüstü abidəsi ziyarət edildi

 

Tofiq İsmayılovun qəbirüstü abidəsi ziyarət edildi

 

Tofiq İsmayılovun qəbirüstü abidəsi ziyarət edildi