Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edildi

Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edildi

 

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq Rəssamı Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edilib. Onu doğum günü münasibətliə bir daha təbrik edir, cansağlığı və işlərində uğurlar arzulayırıq.

Rafiz İsmayılov 30 mart 1939-cu ildə dünyaya göz açıb. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayan sənətkar onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı kimi öz yaradıcılğını yüksək səviyyədə göstərmiş, xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın Xalq Rəssamı fəxri adına layiq görülmüşdür.

 

Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edildi

 

Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edildi

 

Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edildi