“Balaca” filmi Fəcr Beynəlxalq Film Festivalında

“Balaca” filmi Fəcr Beynəlxalq Film Festivalında

 

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Balaca” qısametrajlı bədii filmi Iranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının Eastern Vista müsabiqə mərhələsinə dəvət alıb.

Filmin ssenari müəllifi və rejissoru Ruslan Ağazadə, operator Orxan Ağazadə, rəssam Sultan Sultanov, xətt prodüser Azər Həsənov, icraçı prodüser Orxan Əliyev, bədii rəhbər Elçin Musaoğlu, prodüser Müşfiq Hətəmovdur.

Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıb.

https://www.fajriff.com/…/eastern-vista-short-movies-for-c…/