İlahə Həsənova "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub

İlahə Həsənova "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub

 

İlahə Həsənova “Nar bağı” bədii filmindəki roluna görə 15-ci Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub.

"Azərbaycanfilm" kinostudiyası və "ButaFilm" kinoşirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Filmin quruluşçu rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operator Ayhan Salar, quruluşçu rəssam Rafiq Nəsirov, bəstəkar Firudin Allahverdi, icraçı prodüser Akif Əliyev, prodüserlər Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.

 

https://www.facebook.com/kazanfilmfest/photos/a.1443993879206909/2346995518906736/?type=3&theater