"Dan Yeli" qısametrajlı bədii filmi - Trailer

 

Kamal Yaşarın rejissorluq etdiyi bu film cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanların dramını ələ alır. Hekayənin əsas qəhrəmanı 6 yaşlı Qaqaşdır. Onun ən maraqlı məşğuliyyəti və sevgisi futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahimsə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Problemin qoyuluşundan sonra filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir və gözlənilməz finalla yekunlaşır.

 

Filmdə rejissor Kamal Yaşar, ssenari müəllifi Türkan Zamanova, operator Əli Sultanov, rəssam Arif Niftiyev, bəstəkar Azər Hacıəsgərli, ikinci rejissor Elman Şeydayev, icraçı prodüser Tofiq Musayev, prodüser Müşfiq Hətəmovdur.

 Baş rolları Rasim Cəfər, Məhəmməd Şəmmədzadə və Kəbirə Həşimli canlandırıb.

 

Film 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbabycanfilm” kinostudiyası tərəfindən çəkilib.