Cəmil Quliyev "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin olunub

Cəmil Quliyev "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin olunub

 

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəmil Elşad oğlu Quliyev C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsinə təyin olunub.
Onu yeni vəzifəsi münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.

Əməkdar incəsənət xadimi, kinorejissor, ssenarist Cəmil Elşad oğlu Quliyev Azərbaycan Dövlət Film Fondunun direktoru, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifələrində çalışıb. Bu təyinatadək (2018-ci ildən) Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri vəzifəsində işləyirdi. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur.