Ənvər Əblucun 70 illik yubileyi

Bu gün Əməkdar incəsənət xadimi, tanınmış rejissor Ənvər Əblucun 70 yaşı tamam olur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Uzun illər  Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çalışan Ənvər Əbluc lentə aldığı bədii və sənədli filmləri ilə qısa zamanda tamaşaçıların rəğbətini qazanıb. Onun ekranlaşdırdığı «Ağ atlı oğlan», «Pəncərə», «Tərsinə çevrilən dünya» və digər tammetrajlı bədii filmləri Azərbaycan kinosunda özünəlayiq yüksək yer tutub.

«Azərbaycanfilm» kinostudiyasının kollektivi Ənvər müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayır!