“Azanfilm” studiyası məktəblini diplom ilə təltif etdi

Bu gün Xırdalan şəhəri 1 saylı orta məktəbinin 9-cu sinif şagirdi Mədinə Əliyeva Malik qızı "Azanfilm” cizgi filmləri studiyasının cari ildə elan etdiyi animasiya müsabiqəsində fəal iştirakına və yüksək qabiliyyət nümayiş etdirdiyinə görə diplom ilə təltif olundu. Diplomu təqdim edərkən studiyanın rəhbəri, Azərbaycan Prodüserlər Gildiyasının sədri Müşfiq Hətəmov gənc animatorun istedadını xüsusilə qeyd edib onun bu sahəyə həvəsini alqışladı və studiyanın ona bu fəaliyyətində gələcəkdə dəstək olacağını vurğuladı.
 
“Azanfilm” studiyası məktəblini diplom ilə təltif etdi“Azanfilm” studiyası məktəblini diplom ilə təltif etdi