Muxtar Maniyev dünyasını dəyişdi

Sevimli aktyorumuz, Azərbaycanın Xalq artisti Muxtar Maniyev bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhumun cənazəsi saat 14:00-da "Təzəpir” məscidindən qaldırılacaq.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Muxtar Maniyev 1935-ci ildə Bakıda anadan olub və ilk təhsilini 199 saylı məktəbdə alıb. Neft-Kimya İnstitutunda mühəndis ixtisasına yiyələnib. Mühəndis diplomu aldıqdan sonra incəsənətə olan həvəsi onu Azərbaycan Dövlət İncəsənət İnstitutuna aparıb və bu sənət ocağını o, dram və kino aktyoru kimi bitirib.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən o, "Koroğlu" filminə çəkilib. Sonrakı illərdə ardıcıl olaraq "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" kimi filmlərdə sevimli aktyorumuz çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

Xalq artisti 150-dən artıq filmdə müxtəlif obrazlar yaratmaqla həmişəlik olaraq tamaşaçıların qəlbində özünə yer tapıb, kinosevənlərin rəğbətini qazanıb.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!