“Sarılar – Qarabağ atının izi ilə” filminin nümayişi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası "Milli Filmlər” nümayişlər silsiləsini təqdim edir. Nümayişlər silsiləsi çərçivəsində 7 dekabr tarixində saat 11: 00-da Bilik Fondunda "Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin nümayişi baş tutacaq.

Ünvan: Ağasadıq Gəraybəyli küç. 7. Giriş sərbəstdir.
 
 
"Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və Almaniyanın "Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.

Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan "Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.