Bakıda Türk filmləri həftəsi

Noyabrın 22-də Nizami Kino Mərkəzində Türk filmləri həftəsinin açılışı baş tutdu.

Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunub.

Tədbirdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, rejissor Öner Kılıç, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Yerli Düşüncə Dərnəyinin sədri, millət vəkili Metin Gündoğdu, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu iştirak etdilər.

Müşfiq Hətəmov öz çıxışında qeyd etdi ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq. Tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.
 
 
Müasir türk kinematoqrafiyasının inkişafını yüksək dəyərləndirən Müşfiq Hətəmov deyib ki, qardaş ölkənin kinematoqrafçıları ilə müştərək filmlərin çəkilməsinə çalışmalıyıq.

Qeyd edək ki, açılış mərasiminə azərbaycanlı tamaşaçılara "Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə tanınan Meral Konrat, gənc aktyorlar Sarp Levendoğlu, Emre Kızılırmak, həmçinin rejissorlar Ozhan Eren, Öner Kılıç, Altan Sönmez də qatılıb.

Daha sonra "Kalandar soğuğu” filmi nümayiş olunub. 2016-cı ildə istehsal olunan film Qara dənizin dağ kəndində yaşayan Mehmetin həyat hekayəsindən bəhs edir. Qeyd edək ki, bu film 2017-ci ildə Türkiyəni "Oskar” mükafatında təmsil edəcək.

Noyabrın 27-dək davam edəcək Türk filmləri həftəsi çərçivəsində "Kalandar soğuğu”, "Deliormanlı”, "Son mektup”, "Birleşen yollar”, "Elveda Katya” filmləri nümayiş olunacaq. Nümayişlərlə yanaşı, Türkiyədən gələn tanınmış aktyor və rejissorlarla görüşlər də keçiriləcək.
 
Bakıda Türk filmləri həftəsiBakıda Türk filmləri həftəsiBakıda Türk filmləri həftəsiBakıda Türk filmləri həftəsiBakıda Türk filmləri həftəsiBakıda Türk filmləri həftəsiBakıda Türk filmləri həftəsi