Azərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ” ilə təmsil olundu

Mirbala Səlimlinin "Qırmızı bağ” filmi Bakıda keçirilən VII Avropa Film Festivalı çərçivəsində MetroPark Cinema kinoteatrında nümayiş olundu. Nümayişdə baş rolların ifaçıları Gülzar Qurbanova, Maqsud Məmmədov və bəstəkar Salman Qəmbərov iştirak etdilər.

Festival Avropa İttifaqı nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətlərin səfirliklərinin təşkilatçılığı ilə keçirilir.
 
Azərbaycan və Rusiyanın birgə istehsalı olan "Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın "WeiT Media” kino şirkətində lentə alınmışdır.

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media).

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.

Rejissor Mirbala Səlimli hal-hazırda filmin 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalı çərçivəsində Almaniyanın iki şəhərində təşkil olunan nümayişlərində iştirak edir. Qeyd edək ki, filmin beynəlxalq premyerası Qazaxıstanın 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında baş tutub. Film həmçinin Misirin Qahirə Beynəlxalq Film Festivalına dəvət alıb.
 
Azərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ” ilə təmsil olunduAzərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ” ilə təmsil olunduAzərbaycan VII Avropa Film Festivalında “Qırmızı bağ” ilə təmsil olundu