“İçəri şəhər” Hindistan Beynəlxalq Film Festivalında

"İçəri şəhər” tammetrajlı bədii filmi 47-ci Hindistan Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 20-28 noyabr tarixlərində Qoada keçiriləcək.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.

Qeyd edək ki, "İçəri şəhər” Misirin Qahirə Beynəlxalq Film Festivalı və Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalında da nümayiş etdiriləcək.

Filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.