“Sonuncu” Livanda beynəlxalq film festivalında

"Sonuncu” qısametrajlı bədii filmi "Beş günə beş il” Beynəlxalq Rusiya Filmləri Festivalında nümayiş etdiriləcək. Festival 24-28 oktyabr tarixlərində Livanın paytaxtı Beyrutda keçiriləcək. Filmimizin nümayişi 26 oktyabr tarixində baş tutacaq.
 
 
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası və Rusiyanın "Buta Films” şirkətinin birgə istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınmışdır.

Qeyd edək ki, Azərbaycan, milli kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz bu filmlə təmsil olunmuşdur.

Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi,  prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.

Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırırlar.