Postskriptum | YARAT Film Klub

20 sentyabr tarixində YARAT Müasir İncəsənət Mərkəzində Emin Mirabdullayevin "Postskriptum” qısametrajlı bədii filminin nümayişi keçirildi. YARAT Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən Emin Mirabdullayev tamaşaçıların filmlə bağlı suallarını cavablandırdı.
 

 
Qeyd edək ki, "Postskriptum” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

"Postskriptum” filminin ssenari müəllifləri Ramiz Fətəliyev və Emin Mirabdullayev, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Səid Qəni, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat və digərləri canlandırırlar.
 
Postskriptum | YARAT Film KlubPostskriptum | YARAT Film KlubPostskriptum | YARAT Film Klub