Onun atası | YARAT Film Klub

13 sentyabr tarixində saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Zamin Məmmədovun "Onun atası” qısametrajlı bədii filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.
 
 
 
Qeyd edək ki, "Onun atası” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan "40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

"Onun atası” filminin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.

 

Giriş sərbəstdir.

Əlavə məlumat üçün əlaqə telefonu: +99412 505 1414