“Azərbaycanfilm” kinostudiyasının əməkdaşlarına  təşəkkürnamə təqdim olunub

WhatsApp Image 2025 12 27 at 22 03 53

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsini icra edən Qurban Primov studiyanın fəaliyyətinə verdikləri töhfələrə görə bir qrup əməkdaşa təşəkkürnamə təqdim edib.

Tədbir zamanı rəhbərlik kino sahəsində aparılan yaradıcı və təşkilati işlərdə əməkdaşların peşəkarlığını, məsuliyyətini və fədakarlığını yüksək qiymətləndirib. Qeyd olunub ki, milli kinematoqrafiyanın inkişafında studiya əməkdaşlarının rolu mühüm əhəmiyyət daşıyır və bu cür təşəbbüslər onların əməyinə verilən dəyərin göstəricisidir.

Təşəkkürnamələr kinostudiyanın əməkdaşlarına Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin Bakı Yaradıcı Həftəsi 2025 çərçivəsində təşkil edilən  “Baku Cinema Breeze” tədbirlərində səmərəli fəaliyyətlərinə görə təqdim edilib.

Comments are disabled