“Bulvarda kino axşamı” adlı layihə davam edir.


2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Dənizkənarı Bulvar İdarəsi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə açıq havada C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Əhməd haradadır?” filmi nümayiş olunub. Filmi yüzlərlə tamaşaçı izləyib.
 
Tədbirdə “Azərbaycanfilm”in geyim və rekvizitləri, çəkiliş və texniki avadanlıqlarından ibarət sərgi maraqla qarşılanıb.
Qeyd edək ki, layihənin məqsədi gənc nəslin vətənpərvərlik və milli ruhda maarifləndirilməsi, Azərbaycan kinosunun təbliğidir.