Cəfər Cabbarlının büstü restavrasiya ediləcək


Mədəniyyət Nazirliyi Cəfər Cabbarlının “Azəbaycanfilm” kinostudiyasının həyətində yerləşən büstünün təmirə ehtiyacı olması məsələsinə münasibət bildirib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Cəfər Cabbarlının büstü kinostudiyanın həyətində yaradılacaq “Kinopark”da mərkəzi bir mədəni-simvolik element kimi qorunacaq:

“Layihənin mühüm komponentlərindən biri də Cəfər Cabbarlının heykəlinin restavrasiyasıdır. Restavrasiya zamanı abidənin ilkin bədii həlli və tarixi dəyəri qorunacaq, həm vizual, həm də konstruktiv baxımdan yenilənməsi təmin olunacaq”.