Film rəhbərlik etdiyi adamlara inanan, onlara arxalanan insanın qarşısında qoyduğu məqsədə nail olmasından bəhs edir. Filmdə kənd təsərrüfatında gedən dəyişikliklərdən, müasir kəndin adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Film Mirzə İbrahimovun “Böyük dayaq” romanının motivləri əsasında çəkilib.
Ələsgər Ələkbərov (kolxoz sədri Rüstəm kişi), Tamilla Rüstəmova (Maya), Həsən Məmmədov (Qaraş, Rüstəmin oğlu), Leyla Rzayeva (Səkinə), Zemfira Əliyeva (Pərşan), Nəsibə Zeynalova (Telli arvad), Məmmədrza Şeyxzamanov (Şərəfoğlu)