Film Qarabağ savaşına və bu savaşda son damla qanınadək vuruşanlara həsr olunub. Kütləvi səhnələrində Daxili Qoşunların 200-dən çox əsgər və zabiti çəkiliblər. Film Aqil Abbasın “Dolu” romanının motivləri əsasında çəkilib. Filmin çəkilişləri İsmayıllı, Ağcabədi, Ağdam, Xızı, Sumqayıt, Şəmkir və Bakıda aparılıb.
Məmmədsəfa Qasımov (komandir), Rza Rzayev (Drakon), Elvin Əhmədov (Pələng), Fuad Poladov (katib), Gülzar Qurbanova (Pələngin anası), Şamil Süleymanov (müəllim), Fərhad İsrafilov (milis rəisi)