Azərbaycan ordusunun hücumu nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir. Mərminin partlayışından sonra Manukyan qardaşlarından biri, böyük Ermənistan milliyətçi hərəkatın fəal üzvü olan Vaçikin beyninin silkələnməsi nəticəsində onun əqidəsi dəyişir. Azərbaycan ordusu tərəfindən hər iki qardaş əsir götürüləndən sonra Vaçik Manukyan Psixi Sağlamlıq mərkəzinin tədqiqat obyektinə çevrilir, amma həkimlər daha çox onun qardaşı Xaçik Manukyanın psixi sağlam olmamasından şübhələnirlər.
Hikmət Rəhimov (Urfan Məcidli), Giorgi Celiya (Vaçik), Sevinc Əliyeva (II) (Tata), Demetre Samxaradze (Xaçik), Nino Qomarteli (Arşalus)