1910-cu ildə Bakıda cərəyan edən hadisələrdə iki gəncin – Sərvər və Gülnazın ülvi məhəbbətindən, məhəbbətin pula, cəhalətə və feodal qalıqlarına qalib gəlməsindən bəhs olunur. Əsas qəhrəmanlarla yanaşı filmdə Rüstəm bəyin bir yığın dost-tanışları: tacirlər, alverçilər, qoçular, mürtəce, satqın jurnalistlər də öz əksini tapır. Film Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettasının motivləri əsasında çəkilib. Film ilk rəngli bədii Azərbaycan filmidir.
Cəbrayıl Əzimov, Nadir Zeynalov
Əliağa Ağayev (Məşədi İbad), Arif Mirzəquliyev (Sərvər), Tamara Gözəlova (Gülnaz), Ağasadıq Gəraybəyli (Rüstəm bəy), Barat Şəkinskaya (Sənəm), İsmayıl Əfəndiyev (Həsənqulu bəy)