44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunur.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “İctimai TV”nin birgə istehsalı olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsi 10 filmdən ibarətdir.
Hər biri 44 dəqiqə olan silsilədə müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibədə keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. Filmlərdə real döyüş xatirələri nəql olunur, eksklüziv kadrlar göstərilir. Sənədli serialın prodüseri Fariz Əhmədovdur. Seriyadan növbəti filmi təqdim edirik, “Hava qüvvələri”.
#Vətənmüharibəsişəhidləri

