LAYİHƏLƏR
KİNO PARK
“Kino Park” (“Kinodrom”) layihəsində bir çox kino istehsalçılarının, prodakşnların “Azərbaycanfilm” kinostudiyasının otaqlarında yerləşdirilməsi nəzərdə tutulur. Tərəfdaşlarımız üçün qapılarımız hər zaman açıqdır. Burada ayrı-ayrı studiyalar öz texniki imkanları ilə yanaşı bir-biri ilə sıx əlaqədə olaraq, eyni məqsədə – milli kinomuzun və kinoindustriyanın inkişafına xidmət edəcək. Həm çevik, həm də rahatlıq üçün ən gözəl işləmək imkanları məhz belə yaranır. Bu yaxınlarda danışıqlar yolu ilə “Azərenerji” İB-nin balansından ofis mebelləri alınıb. Bu da otaqlarda rahat iş şəraitinin yaradılmasına imkan verir. Vaxtilə Xəzər dənizi sahilində (Qaradağ rayonu) çəkilişlərin aparılması üçün kinostudiyanın xüsusi ərazisi var idi. Perspektivdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməklə belə bir bazanın yenidən yaradılmasına cəhd etmək fikrindəyik. Bu da istehsalın gələcəkdə daha da genişləndirilməsinə, kino məkanlarının artırılmasına zəmin yaradacaq. Gələcəkdə şəhər sakinləri və qonaqlar üçün istirahət və əyləncə zonası da yaratmaq niyyətindəyik. “Kino Park”da qonaqlar “Milli kino muzeyi”, kinoteatr, “Kino-kafe” və kino-attraksionlarda səmərəli vaxt keçirəcəklər. Sözsüz ki, bu da gənclərin kino sənətinə sevgilərini stimullaşdıracaq.