_

LAYİHƏLƏR

Milli kino mərkəzi

Yaxın zamanlarda kinostudiyanın möhkəmlənmiş bazasında “Milli Kino Mərkəzi”nin yaradılması məqsədimiz var. Azərbaycanın kino korifeyləri, xaricdən dəvət olunacaq tanınmış kino xadimləri ilə gənc nəslin – ssenaristlər, rejissorlar, operatorlar, prodüserlər və digər yaradıcı adamların mütəmadi görüşləri, birgə fikir mübadilələri kinostudiyanın həyat tərzinə çevriləcək.