_
LAYİHƏLƏR
Səsyazma studi̇yasi
Audiovizual məhsula tələbatın artması ilə bərabər xarici və yerli film, serial, animasiya, sənədli film istehsalçılarının səsyazmaya, dublyaja tələbatı da eyni şəkildə çoxalır. Vaxtilə dublyaj kinostudiyada kino çəkilişi ilə paralel olaraq peşəkar səviyyədə aparılırdı.
Hazırda tərəfdaşımız Rusiyanın “Синемикс” OOO (Sankt-Peterburq) şirkəti tərəfindən kinostudiyamızın ərazisində son standartlara cavab verən “Dolby” səsyazma sistemli studiya quraşdırılıb. Studiya gələcəkdə bir çox kino şirkətlərinə və digər yaradıcı (musiqi, teatr, şou biznes və s.) birliklərə səviyyəli xidmətlərin göstərilməsinə imkan yaradacaq.